12px13px15px17px
Tarix:08/04/20

Elastik “Samsung Galaxy Z Flip” smartfonunun “5G” versiyası buraxılacaq

Elastik ekranla təchiz edilən innovativ “Samsung Galaxy Z Flip” smartfonunun hazırkı versiyası yalnız “4G/LTE” mobil rabitə şəbəkələrində işi dəstəkləyir. Lakin şəbəkə mənbələrinin məlumatına görə, yaxın vaxtlarda vəziyyət dəyişə bilər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, smartfonun beşinci nəsil mobil rabitə şəbəkələrində (5G) işləyə bilən versiyası buraxılışa hazırlanır. Yeni qurğu haqqında ətraflı məlumat verilməsə də, müşahidəçilərin fikrincə, o, əvvəlki modelin xüsusiyyətlərini özündə birləşdirəcək və əlavə olaraq “5G” modemlə təchiz ediləcək.

 

Bildirilir ki, “Galaxy Z Flip” smartfonu 3300 milliamper/saat tutumlu akkumulyatorla təchiz olunub. Bu isə “5G” üçün nisbətən azdır. Bununla əlaqədar qurğunun avtonom iş vaxtı ilə bağlı suallar açıq qalır.

 

Həmçinin vurğulanır ki, əvvəlcə smartfonun “5G” versiyasının satışa çıxarılacağı ölkələrin siyahısı məhdud olacaq. Hazırlanan smartfonun qiyməti barədə məlumat açıqlanmır.

 

Xatırladaq ki, “Galaxy Z Flip” modeli 6,7 düym diaqonallı, “FHD ” (2636 × 1080 piksel) təsvir ölçülü və 21,9:9 tərəf nisbətli bükülən şüşə texnologiyası əsasında çərçivəsiz elastik “Dynamic AMOLED Infinity Flex Display” ekranı ilə təchiz edilib. Qurğuda, həmçinin 1,1 düymlük və 300 × 112 pikselli “Super AMOLED” kənar ekranı nəzərdə tutulub.

 

Nizam Nuriyev





Baxış sayı: 550

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024