“5G” mesajlar standartı təqdim ediləcək
Çinin üç ən böyük operatoru “China Mobile”, “China Telecom” və “China Unicom” tərəfindən onlayn formatda keçirilmiş konfransda “5G” mesajlar standartı təqdim edilib. Bu, istifadəçilərə ünsiyyət vaxtı daha çox sərbəstlik təklif edən təkmilləşdirilmiş SMS texnologiyasıdır.
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “5G” mesajlar SMS və MMS kimi köhnəlmiş standartları əvəz etmək üçün nəzərdə tutulub. Yeni standart yalnız mətnlə deyil, həm də şəkil, audio, video, smaylik və kontaktlarla mübadilə etməyə imkan verir. Bundan başqa, istifadəçilər göndərilmiş mesajların vəziyyəti haqqında informasiyanı görə və yazışmanın tarixçəsini idarə edə bilərlər.
Onlayn formatda keçirilmiş konfransda operatorlardan başqa “HUAWEI”, “OPPO”, “Lenovo”, “Meizu”, “Samsung”, “Xiaomi”, “vivo” və “ZTE” şirkətləri daxil olmaqla 11 smartfon istehsalçısı da iştirak edib. “ZTE” şirkətinin rəsmisi bildirib ki, Xançjou şəhərində “GSMA UP2.4” standartı əsasında “5G” mesajların sınaqdan keçirilməsində “China Mobile” mobil operatoruna kömək edib. “HUAWEI” şirkətinin nümayəndəsi isə deyib ki, aprelin 10-dan yeni texnologiyanın sınaqlarına başlayacaq, onun kommersiya istismarı bu ilin iyununa planlaşdırılıb.
Məlumat üçün bildirək ki, “Google” şirkəti tərəfindən fəal təbliğ olunan “Rich Communications Service” (RCS) standartı SMS üçün daha bir perspektivli əvəzetmə hesab edilir. ABŞ operatorları artıq bu standarta keçid ediblər. “RCS”, həmçinin şəkil göndərməyə imkan verir və qrup çatlarını dəstəkləyir.
Emil Hüseynov
Baxış sayı: 516
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet