12px13px15px17px
Tarix:09/04/20

“WhatsApp” messencerinin “Android” versiyasında qabaqcıl axtarış funksiyası əlçatan olacaq

“Facebook”a məxsus “WhatsApp” messenceri yeni faydalı funksiya istifadəyə verməyə hazırlaşır. Sözügedən funksiya messencerin “Android” versiyasının istifadəçiləri üçün çatda sənəd, şəkil və video axtarışını xeyli asanlaşdırmalıdır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, daha əvvəl messencerin “iOS” versiyasında istifadəyə verilmiş qabaqcıl axtarış funksiyası axtarışı müəyyən məzmun tipi ilə məhdudlaşdırmağa imkan verir. Məsələn, "şəkil" filtrini seçmiş istifadəçi yalnız şəkillər bərkidilmiş mesajlar üzrə nəticəni əldə edəcək, eynilə sənəd, istinad və GIF animasiyaları axtarmaq mümkündür.

 

“WABetaInfo” nəşri yazır ki, indi qabaqcıl axtarış rejimi “WhatsApp” messencerinin “Android” üçün proqramının beta-versiyasında əlçatan olub.

 

Emil Hüseynov





Baxış sayı: 438

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






31 May 2020

30 05 2020