“Google” şirkəti əməkdaşlarına “Zoom” video konfranslar xidmətindən istifadəni qadağan edib
“Google” şirkətinin rəhbərliyi əməkdaşlarına “Zoom” video konfranslar xidmətindən istifadəni qadağan edib. Buna səbəb sözügedən xidmətin haker hücumlarına qarşı dayanıqsız olmasıdır. “The Verge” nəşri yazır ki, bu barədə məktub hələ ötən həftə əməkdaşlara göndərilib.
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.com” saytına istinadən yazır ki, məktubda, həmçinin korporativ qurğulara quraşdırılmış “Zoom” proqramlarının tezliklə bloklanacağı haqqında yazılıb. "Bizdə çoxdan mövcud olan qaydaya əsasən, iş üçün korporativ şəbəkəyə aid olmayan yoxlanılmamış proqramlardan istifadə qadağandır" – “Google”un nümayəndəsi Hose Kastaneda nəşrə deyib. O təsdiq edib ki, yaxın günlər ərzində təhlükəsizlik üzrə mütəxəssislər öz iş qurğularında “Zoom”dan istifadə edən əməkdaşlara proqramın təhlükəsizlik standartlarına cavab verməməsi barədə xəbərdarlıq edib. Bu halda “Google”un əməkdaşlarına “Zoom” xidmətinin veb versiyasından və ya smartfonlar üçün mobil tətbiqindən şəxsi məqsədlə istifadə etmək qadağan edilməyib.
“The Verge”, həmçinin qeyd edir ki, “Google” şirkətinin videobağlantı üçün “G Suite” paketinə daxil olan “Meet” adlı korporativ xidməti mövcuddur.
Emil Hüseynov
Baxış sayı: 504
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet