“Huawei Smart Screen” panelinin biznes versiyası buraxılacaq
Çinin telekommunikasiya nəhəngi “Huawei” korporativ sinfə aid “Enterprise Smart Screen” panelinin fotoşəkillərini dərc edib.
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, məlumata görə, yüksək təsvir ölçülü ekranla təchiz ediləcək yeni qurğu metal çərçivəyə malik olacaq, təkərli xüsusi altlıq isə panelin yerini dəyişməyə imkan verəcək.
“Enterprise Smart Screen” panelində mobil qurğu və kompüterlərin təsvirlərini nümayiş etdirmək mümkün olacaq. İstifadəçilər müxtəlif “bulud” xidmətlərindən yararlanmaq imkanı əldə edəcəklər.
İnteqrasiya olunmuş kamera videobağlantı və məsafəli rabitə imkanını təmin edəcək. Biznes istifadəçiləri distansiyalı təqdimat və iclaslar təşkil edə biləcəklər.
Müşahidəçilərin fikrincə, yeni panelin diaqonal ölçüsü 50 düym təşkil edəcək. Həmçinin sensorlu idarəetmənin tətbiqi gözlənilir.
Qiyməti hələlik açıqlanmayan “Huawei Enterprise Smart Screen” panelinin rəsmi təqdimatı aprelin 17-nə planlaşdırılır.
Xatırladaq ki, bir neçə gün əvvəl “Huawei” şirkəti qabaqcıl “Smart Screen X65” televizorunu nümayiş etdirib. Televizor 3840 × 2160 piksel təsvir ölçülü 65 düym diaqonallı “4K OLED” ekranla təchiz edilib. Ekran “NTSC” rəng məkanının 98 faizini əhatə edir. Yenilənmə tezliyi 120 giqahers, pik parlaqlıq 950 kandel kvadratmetr, horizontal baxış bucağı isə 178 dərəcə təşkil edir.
Məlumata görə, panel “HDR10” texnologiyasını dəstəkləyir. Həmçinin displeylərin göy işığının şüalanma səviyyəsinin və titrəmə tezliyinin ölçülməsi üzrə bir sıra xüsusi testlər hazırlayan dünyanın ən nüfuzlu standartlaşdırma institutlarından biri “TÜV Rheinland” sertifikasiyası qeyd edilir.
Televizor ultraenlibucaqlı optikaya malik 24 meqapikselli irəliyə çıxan kamera ilə təchiz edilib. Onun istifadəçilərin hərəkətini izləməsi sayəsində “Air Gesture Control” jest idarəetmə sistemi tətbiq edilib.
Televizorun daha bir fərqləndirici cəhəti ümumi gücü 75 vatt olan yüksəkkeyfiyyətli səs sistemindədir. O, məkan audiosistemini formalaşdıran 14 dinamiki birləşdirir. Sistem otağın konfiqurasiyasına adaptasiya olaraq onu səs dalğaları vasitəsilə skan edir.
Televizor “Mali-G51MP4 GPU” qrafik sürətləndiricisinə malik dördnüvəli “Honghu 898” xüsusi çipi ilə təchiz olunub. Operativ yaddaş tutumu 6 giqabayt, quraşdırılmış yaddaş isə 128 giqabayt təşkil edir.
Televizor, həmçinin “Wi-Fi 802.11ac” və “Bluetooth 5.0 LE” simsiz rabitə adapterləri, dörd “HDMI 2.0” portu, “S/PDIF” interfeysi, iki “USB 3.0” portu və “Gigabit Ethernet” şəbəkə portuna malikdir.
3500 dollara təklif edilən “Huawei Smart Screen X65” televizorunun tədarükünə aprelin 26-dan etibarən başlamaq nəzərdə tutulur.
Nizam Nuriyev
Baxış sayı: 793
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet