“Android” yeniləməsi “Samsung” smartfonlarını sıradan çıxarıb
“Samsung” şirkətinin bir sıra smartfonları üçün “Android” proqram yeniləməsinin buraxılışı dayandırılıb. Bu barədə “SamMobile” nəşrinin sosial şəbəkələrə istinadən məlumatında deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, şirkət texniki problemlərlə əlaqədar “Galaxy M31” smartfonları üçün “Android 10” yeniləməsini dayandırıb. Bundan əvvəl istifadəçilər “M315FXXU1ATD1” quraşdırılmış proqram təminatının proqram nasazlıqlarına səbəb olmasından şikayətləniblər. Məsələn, qurğu sahiblərinin sözlərinə görə, “Android” yeniləməsinə görə, qurğuların işəsalma və söndürmə funksiyası sıradan çıxıb. Bir sıra hallarda isə qurğularda yenidən başlatma (restart) və işin dayandırılmasına rast gəlinib.
Nəşr sıradançıxmanın səbəbini göstərməsə də, boşluqların kütləvi xarakterli olmasını hesab edərək əksər hallarda ondan yalnız Hindistanda “Samsung” istifadəçilərinin şikayət etməsini qeyd edir. “Galaxy M31” sahibləri, həmçinin şirkətin servis mərkəzlərinin koronavirus pandemiyasına görə fəaliyyətini dayandırmasından hiddətləniblər. “Samsung” tərəfindən yeniləmənin yüklənilməsi dayandırılıb, jurnalistlər isə zərərçəkən istifadəçilərə quraşdırılmış proqram təminatının əvvəlki versiyasına qayıtmağı tövsiyə ediblər.
“SamMobile” nəşri bildirib ki, bundan əvvəl oxşar problemlə “Galaxy A70” smartfonlarının sahibləri qarşılaşıb. İstifadəçilər qurğuların “Android 10” yeniləməsindən sonra işləməməsindən şikayət ediblər.
Nizam Nuriyev
Baxış sayı: 494
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet