12px13px15px17px
Tarix:15/04/20

“Google” öz prosessorunu istehsal edəcək

“Google” öz istehsalı olan prosessorlarla təchiz edilmiş smartfon və noutbuklarını çıxarmaq niyyətindədir. Bu haqda ABŞ şirkətindəki vəziyyətlə tanış olan “Axios” nəşrinin mənbəyi məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, sözügedən çip artıq 2021-ci ildə təqdim edilə bilər. İnsayderlərin fikrincə, bu addım “Google” korporasiyasına öz istehsalı olan çiplərlə təchiz edilmiş smartfonlar tədarük edən “Apple” ilə daha yaxşı rəqabət aparmağa imkan verəcək. Bununla yanaşı, “Google” öz qurğularında istifadə etdiyi “Qualcomm” şirkətinin məhsullarından imtina edəcək.

 

Mənbənin məlumatına görə, “Whitechapel” kod adına malik gələcək prosessor “Samsung” şirkəti ilə birgə 5 nanometrlik texnoloji proses üzrə işlənib hazırlanacaq. Proqnoza görə, prosessor 2021-ci ildə “Pixel” smartfonlarında istifadə olunacaq, gələcəkdə, həmçinin “Chromebook” noutbukları bu prosessorla təchiz edilə bilər.

 

Emil Hüseynov





Baxış sayı: 466

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024