Alimlər istənilən səthə stiker kimi yapışdırıla bilən batareya hazırlayıblar
Alimlər, demək olar ki, istənilən səthə stiker kimi yapışdırıla bilən batareya hazırlayıblar. Bu haqda Koreya Enerji Tədqiqatları İnstitutunun alimlərinin "Chemical Engineering Journal" jurnalında dərc edilmiş elmi işində məlumat verilib.
"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, daha yüngül və yığcam daşınan qurğulara, həmçinin yüksək funksionallığa malik "Əşyalar interneti" qurğularına tələbat artdıqca elektrik enerjisinin toplanılması, saxlanılması və idarə edilməsi üzrə yeni texnologiyalara ehtiyac da yüksəlir. Bu tələbatı təmin etmək üçün alimlər enerji mənbəyindən başqa əlavə funksiyaları olan enerji saxlama qurğularının yaradılması üzərində çalışırlar.
Daşınan qurğularda istifadəsi rahat olmaq üçün sözügedən hazırlama istifadəçinin hərəkəti zamanı formasını dəyişdirmək imkanına malik olmalıdır.
Yeni tədqiqatda alimlər enerjinin toplanılması üçün stiker kimi istənilən səthə yapışdırıla bilən mikroplyonkalı çox nazik kondensator hazırlayıblar.
Hazırlanmış qurğu asanlıqla əyilir və ilkin vəziyyətinə geri qayıdır, bu halda öz funksionallığını itirmir və onun səmərəliliyi analoqları ilə müqayisədə 13 dəfə yüksəkdir.
Emil Hüseynov
Baxış sayı: 949
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet