“Samsung” şirkəti “Galaxy Tab S6” planşetinin “yüngül” versiyasını təqdim edib
“Samsung” şirkəti öz rəsmi saytında yeni “Galaxy Tab S6 Lite” planşetini təqdim edib. “S Pen” elektron qələmini dəstəkləyən böyükölçülü ekrandan başqa, cihaz nazik korpusa və uzun müddət avtonom işləmə xüsusiyyətinə malikdir.
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, yeni planşetin 10,4 düymlük ekranının təsvir ölçüsü 2000x1200 piksel təşkil edir. 2,3 QHs takt tezlikli 8 nüvəli “Samsung Exynos 9611” prosessoru qurğunun məhsuldarlığını təmin edir. Planşetin əməli yaddaşının tutumu 4 QB təşkil edir.
“Galaxy Tab S6 Lite” artıq “S Pen” elektron qələmi ilə təchiz edilib. Cihazda iki kamera quraşdırılıb: 5 mp-lik ön və 8 mp-lik əsas. Planşetin daxili daşıyıcısının tutumu 64 QB-dır, “microSD” yaddaş kartı vasitəsilə disk sahəsinin artırılması imkanı nəzərdə tutulub.
İstehsalçı 3,5 mm-lik səs portunu saxlayıb və aparatı “Wi-Fi 802.11ac”, “Bluetooth 5.0” simsiz rabitə standartları, həmçinin “GPS/QLONASS” modulu, hiroskop, işıqlanma sensoru və akselerometrlə təchiz edilib. Planşetin daxili akkumulyatorunun tutumu 7040 milliamper/saat təşkil edir. İstehsalçının iddiasına görə, aparat 13 saatadək avtonom işləyə bilir.
Emil Hüseynov
Baxış sayı: 642
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet