“Chuwi LarkBox” minikompüteri ovuca yerləşir
Çinin "Chuwi" şirkəti "LarkBox" adlı kiçik form-faktorlu kompüter buraxmağa hazırlaşır. Yeni qurğunun əsasını "Intel Gemini Lake" aparat platforması təşkil edəcək.
"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, qara rəngli kompakt korpusa malik mini-fərdi kompüter ovuca yerləşir.
Bildirilir ki, kompüter "Celeron N4100" prosessoru ilə təchiz edilib. Bu çip çoxaxınlı (Multithreading) dəstək olmadan dörd hesablama nüvəsinə malikdir. Nominal takt tezliyi 1,1 QHs, maksimal 2,4 QHs təşkil edir. Qurğunun tərkibinə "Intel UHD 600" qrafik sürətləndiricisi daxildir.
Məlumata görə, minikompüter "4K" formatlı təsviri saniyədə 60 kadr sürətlə göstərə bilir.
Digər texniki xüsusiyyətlər barədə hələlik məlumat verilməsə də, qurğunun 4 giqabaytlıq operativ və 64 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz ediləcəyi gözlənilir. Həmçinin "Wi-Fi" və "Bluetooth" simsiz adapterləri quraşdırılacaq.
Rəsmi təqdimatı yaxın vaxtlara planlaşdırılan "Chuwi LarkBox" mini-fərdi kompüteri "ECS Liva Q2" kimi qurğularla rəqabət aparacaq.
Nizam Nuriyev
Baxış sayı: 490
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet