12px13px15px17px
Tarix:17/04/20

“Silicon Power” tutumu 2 TB-dək olan çox yığcam “SSD” daşıyıcı təqdim edib

“Silicon Power” şirkəti öz istehsal xəttində ən nazik yığcam SSD daşıyıcını təqdim edib. “PC60” modeli, həmçinin yerə düşmələrə dayanıqlı olan möhkəm korpusa, böyük tutuma və məlumatların yüksək sürətlə ötürülməsi xüsusiyyətinə malikdir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “PC60” modelinin ölçüsü 80x80x11,2 mm təşkil edir. Yığcam ölçüsü sayəsində daşıyıcı asanlıqla cibə yerləşir. Möhkəm korpus kiçik hündürlükdən yerə düşmələrə və zərbələrə qarşı dayanıqlıdır.

 

Bu daşıyıcı ötürmə qabiliyyəti 10 Qbit/san təşkil edən “USB Type-C” (USB 3.2 Gen2) simmetrik konnektoru ilə təchiz edilib. “3D NAND” texnologiyası 1,92 TB-dək informasiyanı yadda saxlamağa imkan verir, məlumatı oxuma və yazma sürəti müvafiq olaraq 540 MB/s və 500 MB/s-dir.

 

Emil Hüseynov





Baxış sayı: 661

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024