12px13px15px17px
Tarix:17/04/20

“HONOR 9x Lite” smartfonu təqdim edilib

“HONOR” brendi ötən ilin yayında təqdim edilmiş “9x” smartfonunun “Lite” versiyasını elan edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, adi “HONOR 9X” cihazından fərqli olaraq “Lite” versiya irəli çəkilən ön kamera və tamamilə çərçivəsiz dizayndan məhrum edilib. 6,5 düymlük ekranda kiçik kəsik var. Bu halda əsas kamera bloku brendin yeni qabaqcıl smartfonlarında olduğu kimi, daha müasir dizayna malikdir.

 

Smartfon 8 nüvəli “Kirin 710” prosessoru, 4 QB əməli yaddaş və 3750 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib. Daxili daşıyıcının tutumu 128 QB təşkil edir. “microSD” yaddaş kartının köməyi ilə artırıla bilər.

 

Aparata 48 Mp-lik əsas modul və arxa fonu bulanıq edən portret rejimində çəkiliş üçün 2 mp-lik köməkçi moduldan ibarət ikiqat kamera quraşdırılıb. Ön kameranın təsvir ölçüsü 16 mp-dir.

 

Qara və yaşıl rənglərdə əlçatan olacaq smartfonun qiyməti 199 avro olacaq.

 

Emil Hüseynov





Baxış sayı: 720

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024