12px13px15px17px
Tarix:20/04/20

“BP” superkompüteri koronavirusla mübarizədə kömək edəcək

“BP” şirkətinin hesablama resursları martda Elm və Texnologiya Siyasəti İdarəsi (Office of Science and Technology Policy), ABŞ Energetika Nazirliyi və “IBM” şirkəti tərəfindən koronavirus pandemiyası ilə mübarizə məqsədilə yaradılan “COVID-19 High Performance Computing” (HPC) dövlət-özəl konsorsiumuna təqdim ediləcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Servernews” resursuna istinadən yazır ki, şirkət konsorsium iştirakçılarına Hyustonda yerləşən yüksək məhsuldarlıqlı hesablamalar mərkəzindən (CHPC) istifadəyə şərait yaradacaq. Mərkəzin ştatına məlumatlar haqqında elm, tətbiqi riyaziyyat və sistem arxitekturası sahələrində mütəxəssislər daxildir. “CHPC” 16,3 petaflops məhsuldarlıqlı dünyanın ən böyük sənaye superkompüterlərindən birinə malikdir.

 

“BP”, həmçinin bioloji elmlər, kimyəvi istehsal və kimya sahəsində mütəxəssislərin çalışdığı San-Dieqo Bioloji Elmlər Mərkəzinin ekspert biliklərini təqdim edəcək.

 

Tədqiqatçılara konsorsiuma “COVID-19” ilə bağlı təklifləri onlayn portal vasitəsilə göndərmək təklif olunur. Aparıcı alim və kompüter tədqiqatçılarından ibarət ekspertlər qrupu təklifləri tez dəyərləndirmək və qrupun güclü hesablama aktiv və resurslarını koordinasiya etmək üçün təklif müəllifləri ilə birlikdə çalışacaq.

 

Konsorsium vasitəsilə istifadəyə verilən hesablama sistemləri bioinformatika, epidemiologiya və molekulyar modelləşdirmə ilə əlaqədar iritutumlu məlumatları emal etməyə imkan verəcək. Onlar alimlərə “COVID-19” pandemiyası ilə bağlı suallara adi kompüter sistemlərindən istifadədə olduğu kimi, həftələr və aylar ərzində deyil, 1 saata və ya bir neçə günə cavablar hazırlamağa kömək edəcək.

 

Nizam Nuriyev





Baxış sayı: 543

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024