ABŞ-da rekord səmərəlilik göstəricisinə malik günəş batareyası hazırlanıb
ABŞ-ın Bərpa olunan enerji üzrə milli laboratoriyasında rekord səmərəlilik göstəricisinə malik günəş batareyası hazırlanıb.
“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, amerikalı tədqiqatçılar bildiriblər ki, yeni günəş batareyası işığı 47,1% faydalı iş əmsalı ilə elektrik enerjisinə çevirə bilər. Dəyişən işıqlandırma vaxtı səmərəlilik göstəricisi 39,2% təşkil edib.
Tədqiqatçılar yeni lövhə konstruksiyasının hesabına belə effektə nail ola biliblər. Fotoelement – bu, hər biri ayrı-ayrı materialdan hazırlanmış 6 qatdan ibarətdir. Materialların müxtəlifliyi elektrik enerjisinin hasili üçün müxtəlif enerjiyə malik fotonlardan istifadəyə imkan verir.
Yenilik enerji sektoru və kosmik sənaye üçün mühüm əhəmiyyətə malikdir. Hazırda kosmik aparatlarda faydalı iş əmsalı təxminən 20% olan silisium fotoelementlərdən istifadə olunur.
Emil Hüseynov
Baxış sayı: 652
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet