Ən populyar “iPhone” modeli açıqlanıb
“iPhone 8” ən populyar “Apple” smartfonu seçilib. Müvafiq məlumatlar “Audiobooks” əlavələr seriyası tərtibatçısı Devid Smitin statistikası əsasında əldə olunub. İnformasiya mütəxəssisin saytında dərc edilib.
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, “Audiobooks” istifadəçiləri arasında bu qurğu sahiblərinin payı 13,6 faiz təşkil edib. İkinci və üçüncü yerlərdə payları müvafiq olaraq 12,9 və 11,9 faizə bərabər “iPhone 7” və “6s” qərarlaşıb. “Audiobooks” istifadəçiləri arasında ən çox tələb olunan qurğular onluğuna bir aktual “Apple” smartfonu – “iPhone 11” daxil olub.
“iPhone 8” modeli “iPhone” və “iPad” istifadəçiləri arasında tərtib olunan siyahıda da birinci pilləyə yüksəlib. Smartfonlarla yanaşı, ilk onluqda payları 6,4 və 5,5 faiz təşkil edən “iPad Air 2” və “iPad 6” planşetləri yer alıb.
Həmçinin qeyd olunur ki, istifadəçilərin proqramlara daxil olduğu “iPhone” modellərinin 94 faizi aktual “iOS 13” əməliyyat sisteminin idarəetməsi ilə işləyir. 2018 və 2017-ci illərdə buraxılan əməliyyat sistemlərinin payı müvafiq olaraq 4,6 və 0,7 faiz təşkil edib. “App Store” mağazasında “Audiobooks” mobil proqramının “Apple” qurğularına yüklənmə sayı barədə informasiya mövcud deyil.
Nizam Nuriyev
Baxış sayı: 607
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet