12px13px15px17px
Tarix:21/04/20

Valideynlərin 66%-i uşaqlarına təhsil vermək üçün ev printerlərindən istifadə edirlər

"HP Inc." şirkəti distant iş və uşaqların təhsili dövründə ailələr üçün çap avadanlıqlarının rolunun əhəmiyyəti mövzusunda 1000 valideynin iştirakı ilə keçirilmiş sorğunun nəticəsini açıqlayıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, sorğunun nəticəsinə əsasən məlum olub ki, valideynlərin 66%-i tədris materialları və məktəb tapşırıqlarını hazırlamaq üçün printerlərdən istifadə edirlər. 62% valideyn deyib ki, evdə çap avadanlığının mövcudluğu uşaqlara təhsil vermək prosesində onlara xeyli kömək etmiş olardı. Valideynlərin 41%-nin evində printer var, onlar uşaq oyunları və əyləncələr üçün materiallar çap edirlər.

 

Rəyi soruşulanların 53%-i deyib ki, printerləri olsaydı, öz uşaqlarının asudə vaxtını daha maraqlı edərdilər.

 

"HP Inc." şirkəti ödənişsiz "Çap et və oyna" onlayn platformasını istifadəyə verib. O, pandemiya dövründə karantində olan və evdən təhsil alan ailələr üçün nəzərdə tutulub. "HP"nin rəsmi saytında "HP Smart App" mobil proqramı vasitəsilə əlçatandır. Platformada işləmək və tapşırıqları çap etmək üçün ev printeri lazımdır.

 

Emil Hüseynov





Baxış sayı: 516

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024