12px13px15px17px
Tarix:21/04/20

Daşınan qurğular vasitəsilə koronavirus diaqnozlaşdırma sistemi hazırlanır

Stenford Universitetinin alimləri “Scripps Research” tədqiqat laboratoriyası və “Fitbit” daşınan qurğular istehsalçısı ilə birlikdə fitnes-bilərzik və “ağıllı” saatlar vasitəsilə koronavirus infeksiyasını erkən mərhələdə aşkarlayaraq insana özünütəcrid etməyə, müalicəyə başlamağa və digərlərinin yoluxmasının qarşısını almağa imkan verən sistem üzərində çalışırlar.

 

“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, Stenford Universitetinin Tibb Məktəbinin professoru Maykl Snayderin sözlərinə görə, fitnes-qolbaqlar və digər daşınan qurğular gündə yüz minlərlə ölçmələr yerinə yetirir ki, bu da qurğuları güclü monitorinq vasitələrinə çevirir. “Mənim laboratoriyam bu potensialı, bütün bu məlumatları istifadə edərək xəstəliyə yoluxanları ilkin mərhələdə aşkarlamaq istəyir”, – bildirib.

 

Bunun üçün layihə iştirakçıları koronavirus xəstəliyinin erkən mərhələsində nəbz, tənəffüs, temperatur və təzyiq dəyişikliklərini təhlil etmək niyyətindədirlər. “Fitbit” tərəfindən sınaqlar üçün min ədəd “ağıllı” saat ayrılacaq və onlar üçün lazımi proqram təminatı hazırlanacaq.

 

Qeyd edək ki, Massaçusets Texnologiya İnstitutunun (MIT) alimləri də oxşar layihə üzrə işləyirlər: tədqiqatçılar “COVİD-19” infeksiyasının yüngül formasına yoluxan xəstənin tənəffüs tezliyini izləyə biləcək kompakt ev qurğusunu sınaqdan keçirirlər. Xəstənin vəziyyəti pisləşən zaman qurğu həm onu, həm də həkimləri bu barədə xəbərdar edəcək. Belə qurğu ilk növbədə vəziyyətinin pisləşməsini vaxtında müəyyənləşdirə bilməyən ahıl xəstələr üçün faydalı ola bilər.

 

Nizam Nuriyev





Baxış sayı: 580

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024