12px13px15px17px
Tarix:23/04/20

108 mp-lik kameraya malik qabaqcıl “Motorola Edge ” smartfonu təqdim edilib

"Motorola" şirkəti "Snapdragon 865" prosessoru ilə təchiz edilmiş "Motorola Edge " adlı qabaqcıl smartfonunu təqdim edib.

 

10 bitlik rəng dərinliyinə malik, 2520x1080 piksel təsvir ölçülü 6,7 düymlük OLED displey "HDR10" standartını dəstəkləyir və 90 hers yeniləmə tezliyi əldə edib. Ekranın kənarında mobil oyunlar üçün əlavə sensor triqqerlər əlçatandır. Ön kameranın təsvir ölçüsü 25 mp-dir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, aparat "Qualcomm Snapdragon 865" qabaqcıl prosessoru ilə təchiz edilib, "Snapdragon X55" modemi sayəsində maksimum yükləmə sürəti 4 Qbit/s-dək olan "5G" beşinci nəsil şəbəkəsinin dəstəyi reallaşdırılıb. "Motorola Edge " smartfonunda 12 QB LPDDR5 standartına uyğun əməli yaddaş və 256 QB UFS 3.0 fləş yaddaşı quraşdırılıb.

 

Cihazın əsas kamerası 4 sensordan ibarətdir. Əsas sensorun təsvir ölçüsü 108 mp (f/1.8) təşkil edir – qonşu pikselləri birləşdirən "Quad Bayer" texnologiyasının dəstəyi nəticəsində yüksək işıq həssaslığına malik 27 mp-lik şəkillər çəkməyə imkan verir.

 

16 mp-lik super genişbucaqlı modul 117 dərəcə baxış bucağı təmin edir. 8 mp-lik teleobyektivə malik sensor optik sabitləşmə və 3 qat optik zum xüsusiyyətləri ilə seçilir. İstehsalçının bəyanatına görə, smartfon 30 fps sürətində 6K formatında video, həmçinin 4K@ 60 fps çəkə bilir.

 

Qabaqcıl modelə quraşdırılmış akkumulyatorun tutumu 5000 milliamper/saat təşkil edir, 18 vatt gücündə sürətli enerjidoldurma texnologiyası dəstəklənir, həmçinin 15 vattadək simsiz enerjidoldurma əlçatandır. Şirkətin nümayəndələrinin sözlərinə görə, gündəlik istifadə vaxtı aparatın avtonom işləmə müddəti 2 gündür.

 

Emil Hüseynov





Baxış sayı: 517

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024