12px13px15px17px
Tarix:23/04/20

Batareyaların təkrar istifadə üçün emalının unikal üsulu hazırlanıb

ABŞ-ın Perdyu Universitetinin alimləri yeni akkumulyatorların istehsalı üçün köhnə batareya elementlərinin sürətli emalı texnologiyasını hazırlayıblar. Mikrodalğalardan istifadəyə əsaslanan texnologiya bərpa olunan enerjini ətraf mühitə daha az ziyan vurmaqla saxlamağa və çevirməyə imkan verir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Purdue” adlandırılmış texnologiya müasir litium-ion batareyalarının tərkibinə daxil olan polietilen tereftalatın emalını nəzərdə tutur. Bunun üçün material çox sürətli mikrodalğalı şüanın təsirinə məruz qalır.

 

Perdyu Universitetinin kimya mühəndisliyi kafedrasının dosenti Vilas Pol deyib ki, onların metodu bəşəriyyətin bərpa olunan enerjinin çevrilməsinə və saxlanmasına artan ehtiyaclarının öhdəsindən gəlməyə kömək edir və enerji resurslarının məhdudluğu problemini həll edir.

 

Emil Hüseynov





Baxış sayı: 475

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024