12px13px15px17px
Tarix:23/04/20

Smartfonu soyudan və onu şarj edən qurğu hazırlanıb

Elektron qurğuların uzun müddət istifadəsi onların həddindən çox qızmasına səbəb ola bilər ki, bu da onların məhsuldarlığını azalda, komponentlərinə zərər vura, hətta partlayışa və ya yanğına gətirib çıxara bilər. İndi tədqiqatçılar həm elektronikanı (məsələn, mobil telefon akkumulyatoru) soyuda bilən, həm də ayrılan istiliyi elektrik enerjisinə çevirən hidrogel hazırlayıblar.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, elektron qurğuların bəzi komponentləri, o cümlədən akkumulyator, işıq diodları və kompüter mikroprosessorları iş zamanı istilik ayırır. Həddindən çox qızma cihazların səmərəliliyini, etibarlılığını və xidmət müddətini azalda bilər, həm də enerji itkisinə səbəb ola bilər.

 

Tədqiqatçılar həm cihazın temperaturunu aşağı salan, həm də ayrılmış istiliyi elektrik enerjisinə çevirə bilən "ağıllı" bir termoqalvanik hidrogel hazırlamağa cəhd göstəriblər. Hələ ki alimlər eyni vaxtda yalnız bir işi görən qurğu yaratmağa nail olublar.

 

Tədqiqatçılar yeni materialı nümayiş etdirmək üçün onu mobil telefonun batareyasına bərkidiblər. Ayrılmış istiliyin bir hissəsi 5 mkVT elektrik enerjisinə çevrilib, batareyanın temperaturu isə 20°C azalıb.

 

Emil Hüseynov





Baxış sayı: 568

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024