12px13px15px17px
Tarix:24/04/20

“Kirin 810” prosessorlu “Huawei MatePad” planşeti rəsmən təqdim edilib

“Huawei” şirkəti Çində “MatePad” planşetini rəsmən təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, yeni qurğu fevralın sonunda nümayiş olunan “Huawei MatePad Pro” planşetinin daha ucuz və az məhsuldar versiyasıdır və təhsil məqsədləri üçün nəzərdə tutulub.

 

Planşet kompüter 2000×1200 piksel təsvir ölçülü 10,4 düym diaqonallı “IPS” ekranla təchiz edilib. “Huawei MatePad” 4 və ya 6 giqabaytlıq operativ yaddaş tutumlu olmaqla “HiSilicon Kirin 810” prosessoru üzərində qurulub. Quraşdırılmış toplayıcının tutumu 64 və ya 128 giqabayta bərabərdir. Bundan başqa, planşet 512 giqabayt tutumlu “microSD” yaddaş kartlarını dəstəkləyir.

 

Qurğu 8 meqapikselli ön və avtomatik fokuslu və işıq diodlu işıqlandırıcıya malik tək 8 meqapikselli əsas kamera ilə təchiz olunub.

 

Planşetin batareyasının tutumu 7250 milliamper/saat təşkil edir və 18 vatlıq sürətli enerjidoldurmanı dəstəkləyir. Planşetin həm “LTE” modemi ilə təchiz edilən, həm də edilməyən versiyaları mövcuddur. “MatePad” üçün “5G” dəstəkli modifikasiya mövcud deyil. Bundan əlavə, qurğu “M-Pencil” stilusu ilə işi dəstəkləyir, lakin o, ayrıca satılır. Planşet “EMUI 10.1” interfeysli “Android 10” əməliyyat sisteminin idarəetməsi ilə işləyir.

 

Çində “Huawei MatePad” planşetinin satışlarına aprelin 26-dan etibarən başlanılacaq.

 

Nizam Nuriyev





Baxış sayı: 521

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024