12px13px15px17px
Tarix:24/04/20

“Spot” robotu koronavirusla mübarizəyə cəlb edilib

“Boston Dynamics” şirkəti dördayaqlı “Spot” robot itini koronavirus infeksiyası ilə mübarizədə köməyə cəlb edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, mexaniki it artıq iki həftədir Bostonun “Brigham and Women's” klinikasının dəhlizlərində və yaxınlıqdakı çadır düşərgəsində işləməklə tibbi heyətə “COVID-19” şübhəli xəstələrə məsafədən tövsiyələr verməkdə kömək edir.

 

Bundan əvvəl “Spot” potensial təhlükəli obyektlərin distansiyalı yoxlanışı və qaz sızma yerlərinin axtarışı kimi müxtəlif sahələrdə tətbiq edilib, eləcə də tikinti meydançalarının yoxlanılmasına cəlb edilib. Bu dəfə robot itin başına planşet və radioqəbuledici bərkidilərək telekonfranslar üçün səyyar qurğu kimi tətbiq edilib.

 

“Spot” vəzifəsini videokonfranslar üçün xüsusiləşmiş robotlardan daha yaxşı yerinə yetirir. Robot itin elastik və möhkəm əl-ayaqları ənənəvi təkərli sistemlərin daxil ola bilmədiyi yerlərə nüfuz etməyə imkan verir. Modullu konstruksiya sayəsində “Spot” digər tapşırıqların yerinə yetirilməsi üçün uyğunlaşdırıla bilər.

 

Məsələn, hazırda “Boston Dynamics” robot itin temperatur, tənəffüs tezliyi, nəbz və qanda oksigenin miqdarı kimi həyati əhəmiyyətli sağlamlıq göstəricilərini məsafədən izləməyə imkan verən sistemlə təchiz edilməsi üzərində çalışır. Bundan başqa gələcəkdə robotun kürəyinə otaqların dezinfeksiyası üçün ultrabənövşəyi lampalar bərkidiləcək.

 

“Boston Dynamics” şirkəti 10 ildir “Spot” robotunun hazırlanması ilə məşğuldur. Dördayaqlı robot elektromotor vasitəsilə işə salınır. Manipulyator robota əşyaları tutmağa və aparmağa imkan verir. “Spot” 14 kq ağırlığında yükləri qaldıra bilir, onun quraşdırılmış kameraları isə 360 dərəcə görməni təmin edir.

 

Nizam Nuriyev





Baxış sayı: 694

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024