“Samsung” mobil proqramı tibbi cihaz kimi təsdiqlənib
Ənənəvi tonometrdən istifadə etmədən qan təzyiqinin ölçülməsinə xidmət edən "Samsung Health Monitor" mobil əlavəsinə tibbi məhsul statusu verilib. Belə ki, bu həftə "ağıllı" saat və smartfonlar üçün proqram Cənubi Koreyanın Qida Təhlükəsizliyi və Dərman Vasitələri Nazirliyi tərəfindən rəsmən təsdiq edilib.
"ICTnews" Elektron Xəbər Xidməti "Vesti" resursuna istinadən yazır ki, buraxılışı ilin üçüncü rübünə planlaşdırılan "Samsung Health Monitor" əlavəsi ilkin olaraq "Galaxy Watch Active2" "ağıllı" saatına, daha sonra digər "Samsung" modellərinə quraşdırılacaq.
Dəqiq diaqnozun qoyulması üçün "Galaxy Watch Active2" saatı əvvəlcə tonometr göstəricilərinə uyğun sazlanmalıdır. Daha sonra manjet tələb olunmayacaq: qan təzyiqini tək "ağıllı" saat vasitəsilə ölçmək mümkün olacaq. Bununla belə, quraşdırılmanın ən azı ayda bir dəfə edilməsi tövsiyə olunur.
"Qurğu qan təzyiqinin ölçülməsini nəbzölçənin izlədiyi nəbz dalğasının analizi vasitəsilə aparır. Sonra proqram sonuncunun göstəricilərinin müəyyənləşdirilməsi üçün quraşdırma göstəricisi və qan təzyiqi dəyişiklikləri arasında əlaqəni analiz edir, – "Samsung" nümayəndəsi bildirib.
Nizam Nuriyev
Baxış sayı: 1229
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet