12px13px15px17px
Tarix:27/04/20

“5G” dəstəkli yeni “Xiaomi” smartfonları hazırlanır

Çinin “China Compulsory Certificate” (3C) sertifikatlaşdırma saytında “Xiaomi” şirkətinin buraxılışa hazırladığı yeni smartfon haqqında informasiya yerləşdirilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, məlumata görə, yeni qurğunun bir neçə versiyası təqdim ediləcək. Məsələn, “M2004J7AC” və “M2004J7BC” kod adlı modifikasiyalar sadalanır. Söhbətin eyni qurğunun iki regional variantı barədə getdiyi ehtimal olunur.

 

2,6 QHs takt tezlikli dörd “ARM Cortex-A77” və 2,0 QHs takt tezlikli dörd “ARM Cortex-A55” nüvəsinin daxil olduğu “MediaTek Dimensity 1000” prosessorunun istifadə ediləcəyi smartfonların beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyəcəyi bildirilir. Qrafikanı “ARM Mali-G77 MC9” sürətləndiricisi emal edəcək. İnteqrasiya edilmiş “5G” modemi məlumatların 4,7 Qbit/saniyə sürətlə ötürülməsini təmin edəcək.

 

Bildirilir ki, “M2004J7AC” smartfonu 22,5 vat gücündə sürətli enerjidoldurma akkumulyatoru ilə təchiz ediləcək. “M2004J7BC” modifikasiyası üçün 33 vatlıq enerjidoldurma dəstəyi nəzərdə tutulub.

 

Smartfonların “Redmi” markası ilə təqdim ediləcəyi gözlənilir. Yeni qurğuların təxmini qiyməti hələlik açıqlanmır.

 

Nizam Nuriyev





Baxış sayı: 521

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024