12px13px15px17px
Tarix:27/04/20

“Skype” xidməti “Zoom”un unikal funksiyasını köçürüb

“Microsoft” şirkəti “Zoom”un ən yaxşı funksiyalarından birini köçürərək “Skype” xidmətində tətbiq edib. Söhbət videozəng vaxtı arxa fon təsvirinin dəyişdirilməsi xüsusiyyətindən gedir: məsələn, istifadəçilər işgüzar söhbətə başlamazdan öncə arxa fonda hansısa şəkil yerləşdirməklə otaqdakı səliqəsizliyi maskalaya bilərlər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, “Zoom”da olduğu kimi, “Skype”ın yeni funksiyası da arxa fon təsvirini videoaxından çıxardır və onu seçilmiş şəklə dəyişdirir.

 

Arxa fon təsvirini dəyişdirmək və ya bulanıq etmək üçün əvvəlcə "Sazlamalar", daha sonra “Səs və video" bölməsinə keçmək və oradan istənilən effekti seçmək lazımdır. Yeni funksiya bir həftə ərzində “Windows”, “macOS” və “Linux” üçün proqramlarda, həmçinin “Skype”ın veb-versiyasında əlçatan olacaq.

 

“Microsoft” şirkətinin nümayəndəsi bildirib ki, “Windows 10” üçün “Microsoft Store” mağazasında yerləşdirilmiş “Skype” proqramında arxa fonun dəyişdirilməsi hələ ki əlçatmazdır. Yeni funksiyadan istifadə etmək üçün “Skype”ın rəsmi saytından masaüstü versiyanı yükləmək lazımdır.

 

Emil Hüseynov





Baxış sayı: 496

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024