12px13px15px17px
Tarix:29/04/20

“UPS” şirkəti dərmanları dronlarla ucqar qəsəbələrə çatdıracaq

"UPS" şirkəti dərmanları dronlarla ucqar qəsəbələrə çatdıracaq. Şirkətin məlumatına görə, Florida ştatında resept üzrə yazılmış dərmanlar dronlarla ünvana çatdırılacaq.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, dərmanlar 20 km-dək məsafəyə 2,3 kq ağırlığında yük daşımaq qabiliyyətinə malik "Matternet M2" sürücüsüz idarə olunan təyyarələri ilə təyinat yerinə çatdırılacaq.

 

Qurğuların Floridadakı paylama mərkəzindən uçaraq başlanğıc nöqtədən 18 km məsafədə yerləşən bir neçə qəsəbəyə dərman çatdırması planlaşdırılır.

 

Pilotsuz təyyarələr bağlamanı təyinat nöqtəsindən 800 metr məsafədə yerə tullayacaq. Bundan sonra bu bağlamanı götürəcək şirkətin əməkdaşı dərmanları ünvanlara çatdıracaq.

 

Emil Hüseynov





Baxış sayı: 522

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024