“iPhone 12” seriyalı smartfonların qiyməti məlum olub
“iPhone 12” seriyalı smartfonların minimal qiyməti 649 dollar təşkil edəcək. Bu barədə “YouTube”da “iPhone SE” modelini dəqiqliklə təsvir edən və onun buraxılış tarixini açıqlayan məşhur insayder Con Prosser bildirib.
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, “Apple” tərəfindən dörd yeni qurğunun buraxılışının planlaşdırıldığını deyən C.Prosser bütün qurğuların qiyməti barədə informasiyanı bölüşüb. Belə ki, əsas qabaqcıl “iPhone 12” modeli 5,4 düymlük ekranla işıq üzü görəcək və 649 dollara olacaq. İkinci model – “iPhone 12 Plus” 6,1 düymlük displeylə təchiz olunacaq və qiyməti 749 dollar təşkil edəcək. Bu, 699 dollar qiymətləndirilən “iPhone 11” modelindən baha, başlanğıc satış qiyməti 749 olan “iPhone XR” smartfonunun qiymətinə isə yaxındır.
Adında “Pro” prefiksi olan qabaqcıl modellərin qiyməti daha baha olacaq. İnsayder qeyd edib ki, 6,1 düymlük ekrana malik “iPhone 12 Pro” 999 dollar qiymətləndiriləcək. Seriyanın “iPhone 12 Pro Max” adı ilə satışa çıxarılacaq ən bahalı versiyasının başlanğıc qiyməti 1099 dollara bərabər olacaq. Onun sözlərinə görə, “Apple” 2020-ci ilin böyük modellərinin qiymətini saxlamağa çalışır, çünki “iPhone 11 Pro” və “11 Pro Max” modelləri də müvafiq olaraq 999 və 1099 dollar qiymətləndirilib.
İnsayder əlavə edib ki, seriyanın bütün qurğuları “OLED” ekran, “А14” çipi və “5G” dəstəyi ilə təchiz olunacaq. Bununla yanaşı, əsas modellər “iPhone 11” modelində olduğu kimi, qoşa kameraya malik olacağı halda “12 Pro” və “12 Pro Max” smartfonları “iPad Pro 2020” planşetində olduğu kimi, “LiDAR” sensorlu üç kamera ilə təchiz ediləcək.
Bundan əvvəl C.Prosser bəyan edib ki, payızda buraxılacaq bütün “Apple” smartfonları stilusu dəstəkləməyəcək və “USB-C” fiziki portu və xüsusi “Smart Connector” çıxışı ilə təchiz edilməyəcək.
Nizam Nuriyev
Baxış sayı: 558
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet