Tarix:02/05/20
Vebinarın təşkilində əsas məqsəd xüsusi karantin rejimi dövründə tələbələrin, eləcə də müxtəlif peşə sahiblərinin İKT sahəsində, xüsusilə bulud texnologiyaları üzrə yeni biliklərə yiyələnməsinə şərait yaratmaqdır.
Rəqəmsal platformada baş tutan tədbirdə təşkilatçılar informasiya texnologiyalarının, kibertəhlükəsizliyin əsasları, bulud texnologiyaları barədə təqdimatlarla çıxış ediblər.
Vebinarda “AzInTelecom”un Kommersiya departamentinin rəhbəri Ruslan Əliyev bildirib ki, İT sahəsi üzrə vebinarların keçirilməsi Azərbaycanda hər kəsi müasir dünya trendləri ilə uyğunlaşmağa həvəsləndirmək, rəqəmsal texnologiyalar barədə məlumatlandırmaq baxımından çox önəmlidir. O, bu təşəbbüsün faydalı nəticələrə səbəb olacağını söyləyib.
“Microsoft Azərbaycan” adından çıxış edən Qaçay Mirzəyev vebinar iştirakçılarına informasiya texnologiyaları və bu sektordakı yeniliklər haqqında ətraflı məlumat verib.
“Kaspersky”nin rəsmi təmsilçisi Müşfiq Məmmədov isə öz təqdimatında kibertəhlükəsizliyin vacib aspektlərindən bəhs edib.
Sonda spikerlər iştirakçıların suallarını cavablandırıblar.
Qeyd edək ki, “AzInTelecom” MMC tərəfindən bu kimi tədbirlərin yaxın gələcəkdə də təşkili nəzərdə tutulur.
“AzInTelecom” MMC-nin təşəbbüsü ilə İT sahəsi üzrə ödənişsiz vebinar keçirildi
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin təşəbbüsü, “Microsoft Azərbaycan” və “Kaspersky” şirkətlərinin iştirakı ilə “İKT əsaslarından bulud texnologiyalarına” adlı ödənişsiz maarifləndirici vebinar keçirilib.Vebinarın təşkilində əsas məqsəd xüsusi karantin rejimi dövründə tələbələrin, eləcə də müxtəlif peşə sahiblərinin İKT sahəsində, xüsusilə bulud texnologiyaları üzrə yeni biliklərə yiyələnməsinə şərait yaratmaqdır.
Rəqəmsal platformada baş tutan tədbirdə təşkilatçılar informasiya texnologiyalarının, kibertəhlükəsizliyin əsasları, bulud texnologiyaları barədə təqdimatlarla çıxış ediblər.
Vebinarda “AzInTelecom”un Kommersiya departamentinin rəhbəri Ruslan Əliyev bildirib ki, İT sahəsi üzrə vebinarların keçirilməsi Azərbaycanda hər kəsi müasir dünya trendləri ilə uyğunlaşmağa həvəsləndirmək, rəqəmsal texnologiyalar barədə məlumatlandırmaq baxımından çox önəmlidir. O, bu təşəbbüsün faydalı nəticələrə səbəb olacağını söyləyib.
“Microsoft Azərbaycan” adından çıxış edən Qaçay Mirzəyev vebinar iştirakçılarına informasiya texnologiyaları və bu sektordakı yeniliklər haqqında ətraflı məlumat verib.
“Kaspersky”nin rəsmi təmsilçisi Müşfiq Məmmədov isə öz təqdimatında kibertəhlükəsizliyin vacib aspektlərindən bəhs edib.
Sonda spikerlər iştirakçıların suallarını cavablandırıblar.
Qeyd edək ki, “AzInTelecom” MMC tərəfindən bu kimi tədbirlərin yaxın gələcəkdə də təşkili nəzərdə tutulur.
Baxış sayı: 840
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet