12px13px15px17px
Tarix:04/05/20

Diabetin diaqnostikası və müalicəsi üçün kontakt linzalar yaradılıb

Tibb sahəsində müntəzəm nailiyyətlərə baxmayaraq, diabet hələ də sağalmaz olaraq qalır. İnsanlar qanda qlükozanın səviyyəsinə daima nəzarət etməyə, həmçinin insulin qəbul etməyə məcburdurlar. Beynəlxalq tədqiqatçılar qrupu yalnız qanda şəkərin səviyyəsinə nəzarət deyil, həm də dərman mikroinyeksiyası edə bilən xüsusi linzaların yaradılması haqqında məlumat veriblər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, yeni texnologiya haqqında “POSTECH” tədqiqat qrupu məlumat verib. “Ağıllı” linzalar diabeti effektiv aşkar edə və diabetik retinopatiyanı müalicə edə bilər. Tədqiqatçılar təsdiq ediblər ki, bu linzaların köməyi ilə analiz edilən göz yaşlarındakı qlükozanın səviyyəsi adi sensorların göstəricilərinə uyğundur. Bundan başqa, qurğu simsiz interfeyslə təchiz edilib ki, bu da uzaq məsafədən qanda şəkərin səviyyəsinə nəzarət etməyə imkan verir.

 

Tədqiqatçıların sözlərinə görə, alsqeymer, parkinson, həmçinin psixi xəstəliklərin diaqnostikası və müalicəsi üçün oxşar cihazlar yaratmaq mümkündür. Növbəti mərhələ real vaxt rejimində biometrik göstəricilərin monitorinqini aparmaq qabiliyyətinə malik kütləvi özü idarə olunan terapevtik “ağıllı” linzaların hazırlanması olacaq.

 

Emil Hüseynov





Baxış sayı: 667

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024