12px13px15px17px
Tarix:04/05/20

Yarımkeçirici məhsullar bazarında azalma 2020-ci ildə davam edəcək

"International Data Corporation" (IDC) analitik şirkəti bu il üçün qlobal yarımkeçirici məhsullar bazarının inkişafı üzrə yeni proqnoz dərc edib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, 2019-cu ildə sahədə müxtəlif regionlarda iqtisadi vəziyyətin pisləşməsi fonunda azalma qeydə alınıb. Xərclər ötən illə müqayisədə 12,2 faiz azalaraq 418 milyard dollar səviyyəsində olub. Bununla yanaşı, "DRAM" və "NAND" yaddaş seqmentlərində müvafiq olaraq 37,3 və 27,7 faizlik azalma müşahidə edilib.

 

Cari ildə yarımkeçirici məhsullar bazarında azalma koronavirusun yayılması səbəbindən davam edəcək. Xəstəlik rəsmən 3,5 milyondan çox insanda aşkarlanıb, ölüm hallarının sayı isə 250 minə yaxınlaşıb.

 

Bildirilir ki, pandemiya əksər İT istehsalının fəaliyyətinin pozulmasına və bir sıra sahələrdə tələbatın azalmasına səbəb olub. Belə vəziyyətdə qlobal yarımkeçiricilər sahəsi 2020-ci ildə ən yaxşı halda 4,2 faiz azalma nümayiş etdirəcək. Beləliklə, bazarın həcmi 400-401 milyard dollar səviyyəsində olacaq.

 

Pessimist senari məhsulların tədarük həcminin illik hesablamada 7 faiz azalacağını nəzərdə tutur. Nəticədə xərclər təxminən 388 milyard dollar təşkil edəcək.

 

Qeyd edək ki, pandemiya şəraitində bir sıra İT sahələri, məsələn, dünya "bulud" servisləri bazarı əhəmiyyətli artım nümayiş etdirir.

 

Nizam Nuriyev





Baxış sayı: 553

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024