12px13px15px17px
Tarix:04/05/20

“Samsung Galaxy S8” seriyalı smartfonlar üçün sistem yeniləmələri dayandırılıb

"Samsung" şirkəti "Samsung Galaxy S8" və "Galaxy S8+ smartfonlarının aylıq əsasda sistem yeniləməsi ilə təmin edilməsini dayandırıb. Onlar rübdə bir dəfə yenilənən smartfonlar siyahısına daxil edilib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "IXBT" resursuna istinadən yazır ki, üç il əvvəl buraxılan "Samsung Galaxy S8" və "Galaxy S8+ modelləri "Android 7.0 Nougat" əməliyyat sisteminin idarəetməsi ilə işləyib. Vaxt ötdükcə smartfonlar "One UI" proqram təminatlı "Android 9 Pie" sisteminədək yenilənib. Onlar üçün "Android 10" sistem yeniləməsinin buraxılışı nəzərdə tutulmur.

 

Qeyd edək ki, ötən ay "Samsung" 2016-cı ildə buraxılan "Galaxy S7" seriyasının buraxılışını dayandırıb. İndiyədək onlar iki il rüblük, ilk iki il ərzində isə aylıq əsasda yenilənib. "Galaxy S7" smartfonunun sistem dəstəyinin bir il əvvəl dayandırılacağı gözlənilsə də, istehsalçı seriyanın populyar olması səbəbindən planlarını yenidən nəzərdən keçirməli olub.

 

Beləliklə, "Samsung Galaxy S8" və "Galaxy S8+ smartfonlarının minimum daha bir il dəstəklənəcəyini ehtimal etmək olar.

 

Nizam Nuriyev





Baxış sayı: 669

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024