12px13px15px17px
Tarix:06/05/20

BƏƏ-də qurulacaq günəş ferması dünyada ən ucuz elektrik enerjisi istehsal edəcək

Günəş fermalarında istehsal edilən elektrik enerjisinin dəyəri sürətlə azalmağa davam edir. BƏƏ-də 1 kvt/saat elektrik enerjisini istehlakçılara 1,35 sentə satmağa imkan verəcək günəş generasiyası stansiyasının tikintisinə başlanılır.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hightech.plus" saytına istinadən yazır ki, BƏƏ-də 2 QVt gücündə günəş elektrik stansiyasının tikintisinə başlanılır. Əbu-Dabi Əmirliyində qurulacaq mexanizm 160 min ailənin ehtiyacını təmin etmək üçün kifayət qədər enerji istehsal edə biləcək.

 

Günəşli günlərin bolluğu və səhrada geniş istifadə olunmayan sahələrin mövcudluğu BƏƏ-ni fotoelektrik sektorun inkişafı üçün mükəmməl əraziyə çevirir. Məsələn, Əbu-Dabi artıq lazımi elektrik enerjisinin bir hissəsini 1,2 QVt gücündə olan günəş fermasından əldə edir.

 

Dünyanın əsas iqtisadiyyatına malik ölkələrdə yaşayan istehlakçılar BƏƏ-də olan enerjinin dəyəri haqqında hələ ki yalnız xəyal edə bilərlər – ABŞ-da 1 kVt/saat elektrik enerjisinin orta qiyməti 12 sent, Çində 8 sent, Yaponiya və Almaniyada isə 30 sent təşkil edir.

 

BƏƏ-də quraşdırılacaq yeni elektrik stansiyası 2022-ci ilə hazır olmalıdır. Onun istifadəsi karbon qazı tullantılarını 3,6 milyon ton azaltmağa imkan verəcək ki, bu da yollardan 720 min avtomobilin çıxarılmasına ekvivalentdir.

 

Emil Hüseynov





Baxış sayı: 600

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024