“HarmonyOS” sistemli “Huawei” kompüterləri buraxılacaq
"Huawei" şirkəti "HDC 2019" tərtibatçılar konfransında təqdim edilən "HarmonyOS" əməliyyat sisteminin idarəetməsi ilə işləyən kompüterlərin buraxılışına başlamağı planlaşdırır.
"ICTnews" Elektron Xəbər Xidməti "Digger" resursuna istinadən yazır ki, "Digital Chat Station" insayderinin məlumatına görə, "Huawei" 2020-ci ilin sonunadək Çin bazarı üçün "Kunpeng" prosessoru və "HarmonyOS 2.0" əməliyyat sistemi ilə təchiz edilən fərdi kompüterlər buraxacaq.
Xatırladaq ki, "Huawei" şirkəti "HarmonyOS" əməliyyat sistemini 2019-cu ildə təqdim edib. O zaman şirkət "HarmonyOS 2.0" əməliyyat sisteminin idarəetməsi ilə işləyən kompüter, "ağıllı" saat və digər qurğuların 2020-ci ildə buraxılacağı ilə bağlı planlarını açıqlayıb.
"Huawei" hazırda korporativ müştərilər üçün "Kunpeng" prosessorlu və "Kunpeng" ana platalı hesablama sistemlərinin satışı ilə məşğul olur.
Çin istehsalçısı 2019-cu ildə fərdi kompüterlər üçün "Kunpeng 920" prosessoru əsasında hazırlanan ilk ana platanı təqdim edib. Plata operativ yaddaş, sərt disk və şəbəkə kartları (NIC) kimi əsas avadanlıqlarla uyğunluq təşkil edir.
"HarmonyOS" əməliyyat sisteminin idarəetməsi ilə işləyən kompüterlərin "Huawei Developer Conference 2020" konfransında nümayiş olunacağı gözlənilir.
Nizam Nuriyev
Baxış sayı: 967
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet