12px13px15px17px
Tarix:07/05/20

“LG” şirkəti üçkameralı təhlükəsiz smartfonunu təqdim edib

Cənubi Koreya istehsalçısı “LG K51S” təhlükəsiz smartfonun elanından üç ay sonra “K51” modelini təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “LG K51” smartfonu 1560x720 piksel təsvir ölçülü 6,5 düymlük ekran, 2,0 QHs takt tezlikli “MediaTek Helio P22” mobil platforması, 3 QB əməli yaddaş və 32 QB daxili yaddaşla təchiz edilib. “microSD” yaddaş kartının köməyi ilə daxili yaddaşın tutumunu 2 TB-dək artırmaq mümkündür.

 

Cihazın əsas kamerası üç sensordan ibarətdir: 13 (əsas, f/1.8), 5 (genişbucaqlı optika, f/2.2) və 2 mp-lik (dərinlik sensoru, f/2.4). Ön kameranın təsvir ölçüsü 8 mp-dir. Aparatın daha bir özəlliyi ön paneldə təmiz və tutumlu səslənməni təmin edən stereodinamiklərin quraşdırılmasıdır.

 

Qurğu “USB Type-C” portu vasitəsilə enerji toplayan 4000 milliamper/saat tutumlu batareya ilə təchiz edilib. Smartfon “Android 9.0 Pie” əməliyyat sisteminin idarəetməsi altında işləyir. ABŞ-da smartfonun dəyəri 150 dollar təşkil edir.

 

Emil Hüseynov





Baxış sayı: 771

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024