“Tinder”də videoünsiyyət funksiyası yaradılacaq
“Tinder” mobil əlavəsində videoünsiyyət vasitəsilə tanış olmağa imkan verən yeni funksiya istifadəyə veriləcək. Ünsiyyəti yalnız təkbətək formatda qurmaq mümkün olacaq. Bu barədə servisin sahibi “Match” şirkətinin birinci rüb üçün maliyyə hesabatında deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, videoçat funksiyasının yaxın vaxtlarda əlavə ediləcəyi gözlənilir. Ayın əvvəlində analoji funksiya “Match” şirkətinə məxsus “Hinge” proqramında yaradılıb.
Bildirilir ki, əksər insanların distansiyalı təhsil və iş formatına keçdiyi son aylar ərzində “Tinder” proqramının abunəçi bazasında artımın zəif olması məhz video vasitəsilə ünsiyyət qurmaq imkanının olmaması ilə əlaqədardır. Servis rübü 6 milyon ödənişli istifadəçi auditoriyası ilə başa vurduğu halda 2019-cu ilin dekabrında bu göstərici 5,9 milyon təşkil edib – “Tinder” üç ay ərzində yalnız 100 min nəfər cəlb edib. Ötən ilin həmin dövründə servisə 384 min yeni abunəçi qoşulub.
Nizam Nuriyev
Baxış sayı: 452
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet