Bu il dünya İT bazarında 5 faiz azalma gözlənilir
"IDC" şirkəti iqtisadiyyatın əksər sahələrində vəziyyəti pisləşdirən koronavirus pandemiyası (COVID-19) səbəbindən dünya informasiya texnologiyaları (İT) bazarı üzrə proqnozu növbəti dəfə azaldıb.
"ICTnews" Elektron Xəbər Xidməti "DailyComm" resursuna istinadən yazır ki, bu dəfə şirkət 2020-ci ilin yekunları üzrə informasiya texnologiyaları üçün xərclərin 5,1 faiz (2,25 trilyon dollar) azalacağını proqnozlaşdırır. Bundan əvvəl martda 2,7, fevralda 4,3 faiz azalma, yanvarda 5,1 faiz artım gözlənilib.
Vəziyyəti seqmentlər üzrə nəzərdən keçirən analitiklərin gözləntilərinə görə, qurğular, o cümlədən kompüter və smartfonlar üçün xərclər xeyli azalacaq. Onların sözlərinə görə, bu avadanlıqların yenilənmə dövriyyəsi pozulacaq, mobil sənayeyə impuls verəcək "5G" şəbəkəsinin tətbiqi isə yubanacaq.
Həmçinin 2020-ci ildə proqram təminatı və İT xidmətlərinin satış həcmində azalma proqnozlaşdırılır. Digər tərəfdən, infrastruktur xərcləri bir qədər yüksələcək, çünki "bulud" servislərinə tələbatın artması müşahidə edilir. Rəqəm ifadəsində yenilənmiş proqnoz belədir: qurğular üçün xərclər 12,4 faiz, servislər üçün 2,6 faiz, proqram təminatı üçün 1,9 faiz azalacaq, infrastruktur xərcləri isə 3,8 faiz artacaq.
Rabitə xidmətləri pandemiyadan ən az ziyan çəkən seqment olacaq. Genişzolaqlı rabitəyə tələbat yüksək olaraq qalır, bəzi hallarda isə karantin məqsədilə evdə iş həcminin artması və izolyasiya sayəsində yüksəlir. Bu seqment nəzərə alınmaqla 2020-ci ildə qlobal İKT bazarının həcmində 3,4 faizlik azalma gözlənilir.
Eyni zamanda, ekspertlərin fikrincə, koronavirus pandemiyası ilə əlaqədar problemlər İKT istehsalçıları üçün böyük biznes imkanları yaradır. Məsələn, onlar yeni rəqəmli platformaların, kontaktsız ödənişlərin inkişafı və dövlət əməliyyatlarını təkmilləşdirməyə imkan verən böyük tutumlu məlumatlarla (Big Data) iş texnologiyası ilə əlaqədardır.
Digər imkanlar tibbi onlayn xidmətlərlə bağlıdır. Çünki virus səhiyyə sistemlərinin rəqəmli transformasiyasının sürətləndirilməsini stimullaşdırır. Bundan əlavə, robot, distansiyalı tədris və elektron kommersiyanın tətbiqi, eləcə də "ağıllı" şəhərlərin inkişafı üçün yeni imkanlar açılır.
Nizam Nuriyev
Baxış sayı: 1574
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet