12px13px15px17px
Tarix:09/05/20

Tərtibatçılar arasında ən populyar proqramlaşdırma dili hansıdır?

"TIOBE Software" şirkəti proqramlaşdırma dillərinin "Google", "Google Blogs", "Yahoo!", "Wikipedia", "MSN", "YouTube", "Bing", "Amazon", "Baidu" və digər internet xidmətlərində axtarış sorğuları statistikasının analizi üzrə formalaşdırılan yenilənmiş populyarlıq reytinqini dərc edib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, peşəkar birlik tərəfindən proqram təminatı tərtibatçıları mühitinə marağın dəyişməsi dinamikasını əks etdirən may hesabatında "C" proqramlaşdırma dili uzun müddət lider mövqe tutan və siyahıda ikinci pilləyə enən "Java" dilini yenidən üstələyib. Üçüncü yerdə "Python" qərarlaşıb.

 

Siyahıda təmsil olunan digər proqramlaşdırma dillərinə gəldikdə, il ərzində müsbət artım dinamikasını və auditoriya tərəfindən maraq artımını "R", "Swift", "Go", "PL/SQL" və "Scratch" dilləri nümayiş etdirib. "Assembler", "Perl" və "Objective-C" proqramlaşdırma dilləri isə internetdə daha az sadalanmağa başlayıb.

 

Nizam Nuriyev





Baxış sayı: 1363

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024