Tarix:12/05/20
“Government Address” fazası saat 16:30-18:00-da məşhur teleaparıcı Leyla Quliyevanın moderatorluğu, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Litvanın Maliyyə naziri Vilius Şapoka, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov, “bp”nin Azərbaycan, Gürcüstan və Türkiyə regionları üzrə əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərovun spiker kimi iştirakı ilə keçiriləcək.
“Influencer Summit” fazası isə 19:30 – 21:00 saatlarında “Asan Radio”nun direktoru Emin Musəvinin moderatorluğu, “Keepface” şirkətinin həmtəsisçisi Emin Vəli, məşhur müğənni və bəstəkar Murad Arif və sosial media influenseri Nərmin Kazımova – İsgəndərovanın spiker kimi iştirakı ilə baş tutacaq.
Tədbirlər “Facebook” sosial şəbəkəsi və “Youtube” üzərindən canlı yayımlanacaq.
Qeyd edək ki, digər fazalar barədə ətraflı məlumatı tədbirin saytında qeydiyyatdan keçməklə əldə etmək mümkündür. Qeydiyyatdan keçənlərin elektron poçt ünvanlarına tədbirlər canlı yayımlanan zaman bildiriş göndərilir.
Xatırladaq ki, “World Net Summit” onlayn konfransı Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının, “SUP VC” və İnnoland İnkubasiya və Akselerasiya Mərkəzinin dəstəyi, “bp” şirkətinin baş sponsorluğu və “Net Summit LLC”nin təşkilatçılığı ilə baş tutur. Ümumilikdə “Startup Academy”, “Monex Summit”, “Government Address”, “Baku E-Trade Forum”, “Maintech Forum”, “Venture Summit”, “Corporate Innovation Forum”, “Influencer Summit” olmaqla, 8 fazadan ibarət “World Net Summit”də 15 ölkədən 50-dən artıq spikerin çıxışı nəzərdə tutulur.
“World Net Summit” onlayn konfransı çərçivəsində daha iki tədbir keçiriləcək
“Startup Academy” və “Monex Summit” tədbirləri ilə öz işinə başlayan “World Net Summit” onlayn konfransı bu gün “Government Address” və “Influencer Summit” tədbirləri ilə davam edəcək.“Government Address” fazası saat 16:30-18:00-da məşhur teleaparıcı Leyla Quliyevanın moderatorluğu, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Litvanın Maliyyə naziri Vilius Şapoka, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov, “bp”nin Azərbaycan, Gürcüstan və Türkiyə regionları üzrə əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərovun spiker kimi iştirakı ilə keçiriləcək.
“Influencer Summit” fazası isə 19:30 – 21:00 saatlarında “Asan Radio”nun direktoru Emin Musəvinin moderatorluğu, “Keepface” şirkətinin həmtəsisçisi Emin Vəli, məşhur müğənni və bəstəkar Murad Arif və sosial media influenseri Nərmin Kazımova – İsgəndərovanın spiker kimi iştirakı ilə baş tutacaq.
Tədbirlər “Facebook” sosial şəbəkəsi və “Youtube” üzərindən canlı yayımlanacaq.
Qeyd edək ki, digər fazalar barədə ətraflı məlumatı tədbirin saytında qeydiyyatdan keçməklə əldə etmək mümkündür. Qeydiyyatdan keçənlərin elektron poçt ünvanlarına tədbirlər canlı yayımlanan zaman bildiriş göndərilir.
Xatırladaq ki, “World Net Summit” onlayn konfransı Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının, “SUP VC” və İnnoland İnkubasiya və Akselerasiya Mərkəzinin dəstəyi, “bp” şirkətinin baş sponsorluğu və “Net Summit LLC”nin təşkilatçılığı ilə baş tutur. Ümumilikdə “Startup Academy”, “Monex Summit”, “Government Address”, “Baku E-Trade Forum”, “Maintech Forum”, “Venture Summit”, “Corporate Innovation Forum”, “Influencer Summit” olmaqla, 8 fazadan ibarət “World Net Summit”də 15 ölkədən 50-dən artıq spikerin çıxışı nəzərdə tutulur.
Baxış sayı: 1046
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet