12px13px15px17px
Tarix:12/05/20

“Facebook” və “Google”un əməkdaşları ilin sonunadək evdən işləyəcəklər

“Google” şirkətinin rəhbərliyi “Facebook”dan sonra iş yerində olması son dərəcə vacib olmayan əməkdaşlar üçün evdən iş rejiminin müddətini uzadıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, “Alphabet” holdinqinin baş direktoru Sundar Piçai ümumi yığıncaqda belə bəyanatla çıxış edib. Bu haqda etibarlı mənbələrə istinadən “Business Insider” nəşri yazıb. Bu halda Sundar Piçai əməkdaşların az bir hissəsinin ofisə qayıda biləcəyini istisna etməyib, amma bu, iyun-iyul aylarından tez baş verməyəcək və təhlükəsizlik tədbirlərinə mütləq riayət etmək lazım gələcək.

 

Bu həftə, həmçinin “Facebook” 2020-ci ilin sonunadək evdən işləmə rejiminin saxlanılmasını elan edib. Həmçinin şirkət ən azı 2021-ci ilin iyun ayınadək çoxlu sayda insanın iştirakı olan bütün tədbirləri ləğv edib.

 

Emil Hüseynov





Baxış sayı: 913

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024