“Xiaomi” şirkəti “Poco F2 Pro” smartfonunu nümayiş etdirib
“Xiaomi” şirkəti Avropa bazarı üçün yeni smartfonunu təqdim edib. “Poco F2 Pro” smartfonunun qiymətinin ucuz olmasına baxmayaraq, texniki xüsusiyyətləri qabaqcıl smartfonlardan geri qalmır.
“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, yeni model 2400x1080 piksel təsvir ölçülü 6,67 düymlük AMOLED displey, “Snapdragon 865” prosessoru, 8 QB-dək əməli yaddaş və 256 QB daxili yaddaşla təchiz edilib. Barmaq izləri skaneri ekrana inteqrasiya edilib. 4700 milliamper/saat tutumlu batareya 60 dəqiqə ərzində 64%, 64 dəqiqə ərzində tam enerji toplayır.
Həmçinin “5G” şəbəkələrinə qoşulma və “Wi-Fi 6” texnologiyası dəstəklənir.
“Poco F2 Pro” smartfonu 64 mp-lik “Sony IMX686” əsas sensoru, 13 mp-lik genişbucaqlı, makroçəkiliş üçün 5 mp-lik kamera və boke effektinin yaradılması üçün 2 mp-lik dərinlik sensoru ilə təchiz edilib. Kameralar 8K formatında saniyədə 24 kadr sürətlə, 4K formatında isə saniyədə 60 kadr sürətlə video çəkə bilirlər. Ön paneldə irəli-geri hərəkət edən 20 mp-lik selfi kamera yerləşdirilib.
Emil Hüseynov
Baxış sayı: 854
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet