12px13px15px17px
Tarix:14/05/20

Cek Dorsi “Twitter”in əməkdaşlarına “COVID-19” pandemiyası bitdikdən sonra evdən işləməyə imkan verib

“Twitter”in baş direktoru Cek Dorsi mikrobloqlar xidmətinin əməkdaşlarına “COVID-19” pandemiyası bitdikdən sonra da evdən işləməyə imkan verib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “digger.ru” saytına istinadən yazır ki, "əgər şərait və vəziyyət bizim əməkdaşlarımıza evdən işləməyə imkan  verirsə və onlar ofisə qayıtmaq istəmirlərsə, onda onlar evdən işləyə bilərlər" –“ Twitter”in nümayəndəsi deyib.
 
Bundan başqa, şirkətin nümayəndəsi deyib ki, “Twitter” sentyabr ayınadək bəzi ofislərinin işini bərpa edəcək, işgüzar səfərlər və tədbirlərin keçirilməsinə qoyulmuş qadağa isə 2020-ci ilin sonunadək qüvvədə qalacaq.
 
Xatırladaq ki, “Twitter” şirkəti martın 12-dən öz əməkdaşlarına “COVID-19” pandemiyasına görə evdən işləməyə imkan verib.
 
Emil Hüseynov





Baxış sayı: 727

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024