12px13px15px17px
Tarix:15/05/20

“Facebook” şirkəti “Messenger Rooms” videozəng xidmətini istifadəyə verib

“Facebook” sosial şəbəkəsində “Messenger Rooms” videozəng xidməti ABŞ və Kanadada rəsmi olaraq öz işinə başlayıb. Sözügedən mobil tətbiqetmə gələn həftə bütün dünyada əlçatan olacaq. Bu haqda şirkətin direktoru Mark Zukerberq sosial şəbəkədəki səhifəsində məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, bu xidmət koronavirus pandemiyasına görə videozənglərə olan tələbatın artması ilə əlaqədar yaradılıb. “Facebook” və ya “Messenger” proqramları vasitəsilə belə konfranslar yaratmaq mümkün olacaq.

 

"Siz ayrıca otaq (Room) yarada və link vasitəsilə bir neçə dostunuzu dəvət edə və ya qruplarınızdan biri, həmçinin planlaşdırdığınız tədbir üçün otaq yarada bilərsiniz" – Zukerberq yazıb.

 

“Messenger Rooms” xidmətində vaxt üzrə məhdudiyyət yoxdur, bir otağa 50-dək insan əlavə etmək mümkündür. Tezliklə qrup zəngləri “WhatsApp” və “Instagram” xidmətlərində əlçatan olacaq.

 

Emil Hüseynov





Baxış sayı: 634

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024