12px13px15px17px
Tarix:16/05/20

“Facebook” şirkəti “Giphy” xidmətini satın alır

“Facebook” sosial şəbəkəsi “GIF” faylların yaradılması və mübadiləsi üçün populyar “Giphy” xidmətini satın alıb. İndi sözügedən xidmətin "GIF" kitabxanasının “Facebook” şirkətinə məxsus “Instagram” və başqa proqramlara inteqrasiyası gözlənilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, satınalma haqqında şirkətin saytında məlumat verilib. Razılaşmanın maliyyə şərtləri açıqlanmır. “Axios” nəşrinin məlumatına görə, “Facebook” şirkəti “Giphy” xidmətini 400 milyon dollara satın alıb.
 
“Facebook”dan bildirilib ki, “Giphy” xidmətinin bütün trafikinin 50%-i məhz onların xidmətlərinin payına düşür. Lakin bir çox başqa sayt və proqramlar da (məsələn, “Twitter”, “Pinterest”, “Slack” və “Reddit”) “API Giphy”dən istifadə edirlər.
 
Razılaşmanın imzalanmasından sonra “Giphy” xidmətinin əməkdaşları “Instagram” komandasının tərkibinə daxil ediləcək. Onların vəzifələrindən biri animasiyalı şəkillərin tarixçə və şəxsi mesajlarda dərc edilməsi üsulunun sadələşdirilməsi olacaq.
 
Emil Hüseynov



Baxış sayı: 791

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024