Ayın mənimsənilməsi üzrə qaydalar təqdim olunub
ABŞ Kosmik Agentliyi (NASA) Ayın mənimsənilməsi və onun ərazisində faydalı qazıntıların hasilatı üzrə beynəlxalq qaydaların təsvir olunduğu “Artemis Accords” sazişini təqdim edib. Bu barədə sənəd təşkilatın saytında dərc edilib.
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, sazişdə göstərilən on yeni prinsipə görə, gələcək Ay bazaları ətrafında “təhlükəsiz zona”lar anlayışı tətbiq edilir. Bundan başqa, “NASA” əldə olunan elmi məlumatların ictimai mübadiləsini, eləcə də Ayda kosmik aparatların qeydiyyata alınmasını təklif edir.
Bundan əlavə, sənəddə sazişin iştirakçısı olan ölkələr tərəfindən peykdə tarixi dəyərə malik bütün yer və artefaktların qorunması, eləcə də kosmik tullantıların əmələ gəlməsinə yol verməmək üçün istifadə edilməyən aparaturanın utilizasiya edilməsinin öhdəliyi ilə bağlı məsuliyyəti öz üzərinə götürməsi nəzərdə tutulur.
Həmçinin Aydakı resurslar kosmik məkanın tədqiqi üçün kritik vacib aspekt hesab edildiyindən onların hasilatına və istifadəsinə icazə verilir.
Nizam Nuriyev
Baxış sayı: 558
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet