Avropa superkompüterlərinə kiberhücumlar edilib
ABŞ-ın "Cado Security" informasiya təhlükəsizliyi şirkəti ötən həftə Avropada bir sıra superkompüterlərin zərərli proqram təminatına yoluxdurulmasını açıqlayıb. Böyük Britaniya, Almaniya, İsveçrə və İspaniyada qeydə alınan müdaxilələr bir neçə gün davam edib.
"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, dərc edilən hesabata görə, Kanada, Çin və Polşa universitetlərindən həyata keçirilən kiberhücumlar zamanı oxşar zərərli proqram təminatı faylları adlarından istifadə olunub. Vəziyyətlə əlaqədar "Cado Security" şirkətinin həmtəsisçisi Kris Doman bildirib ki, burada söhbət cinayətkar qrupun koordinasiya edilmiş aksiyasından gedir.
Məlumata görə, hakerlər tərəfindən superkompüter qovşağına çıxış əldə edildikdən sonra boşluq üçün CVE-2019-15666 eksploytundan istifadə edilib. Daha sonra özək sisteminə daxil olan hakerlər tərəfindən kriptovalyutanın hasil edilməsi üçün "Monero" (XMR) adlı proqram quraşdırılıb.
Şirkət nümayəndələrinin sözlərinə görə, müdaxilədən ziyan çəkən əksər təşkilatlar "COVID-19" pandemiyasının yayılmasının hazırda dayandırılan elmi tədqiqatları ilə məşğul olub.
Nizam Nuriyev
Baxış sayı: 560
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet