12px13px15px17px
Tarix:18/05/20

“YouTube”da videoların təsvir ölçüsü ilə bağlı meyarlar dəyişib

“YouTube” servisində 720p təsvir ölçülü videonun “HD” (High Definition) formatlı kimi qeyd ediməsi dayandırılıb. Artıq “HD” kimi 1080p və ya daha yüksək təsvir ölçüsü qeyd olunur, daha aşağı keyfiyyət səviyyəsi isə “SD” (Standard Definition) formatı kimi təsnifləşdirilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, beləliklə, populyar videohostinqdə 360p, 480p və 720p təsvir ölçüsü “SD” kimi təsnif edilir, 1080p isə “HD”yə aid olunur. Dəyişikliklərin səbəbi aydın deyil, çünki uzun illər 1280 × 720 piksel təsvir ölçülü videoçarxlar “HD”yə aid olduğu halda 1920 × 1080 təsvir ölçülü video “Full HD” formatına uyğun olub.

 

Həmçinin qeyd olunur ki, orta sürətli internet bağlantısında videoçarxlar 720p formatı mümkün olduğu halda avtomatik bu təsvir ölçüsündə göstərilir. Əvvəllər “YouTube”da 480p və daha aşağı təsvir ölçülü videolar avtomatik göstərilib. Hazırda isə internet bağlantısının sürəti əsas meyara çevrilir. Aşağı sürətli bağlantı zamanı video 720p və daha aşağı təsvir ölçüsündə avtomatik göstəriləcək. Sürət yüksək olanda isə “YouTube”da videoçarxlar 1080p və daha yüksək təsvir ölçüsündə göstərilməyə başlayacaq.

 

“YouTube”da videoçarxların keyfiyyətinin təsnifatının dəyişdirilməsinin səbəbi barədə məlumat verilmir. Servisin nümayəndələri tərəfindən məsələyə hələ ki münasibət bildirilməyib.

 

Nizam Nuriyev





Baxış sayı: 549

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






10 İyul 2020

09 07 2020

09/07/20
“Tinder” xidmətinə videozəng funksiyası əlavə edilib

“Tinder” tanışlıq xidmətində videozəng funksiyası əlçatan olub. Bu haqda şirkətin saytında məlumat verili

09/07/20
İnsanlar smartfonda 40% daha çox vaxt keçiriblər

Pandemiya səbəbindən dünyanın bir sıra ölkələrində özünü təcridetmə rejiminin tətbiqi və milyonlarla əmək

09/07/20
“Android” smartfonları üçün ən sürətli prosessor təqdim edilib

“Qualcomm” şirkəti qabaqcıl “Snapdragon 865 ” prosessorunu təqdim edib. Məhsuldarlığın artırılması (xüsus

09/07/20
“Aztelekom” 700 mininci evi telekommunikasiya xidmətləri ilə təmin etdi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” MMC tərəfindən telekommunikasiya xidmətl

09/07/20
“Vivo iQOO Z1x 5G” smartfonu təqdim olunub

Çinin “Vivo” şirkəti “iQOO UI 1.0” istifadəçi interfeysinə malik “Android 10” əməliyyat sistem

09/07/20
“Intel” korporasiyası olduqca sürətli “Thunderbolt” interfeysini yeniləyib

“Intel” şirkəti olduqca sürətli “Thunderbolt” interfeysinin dördüncü nəslini təqdim edib. Yenilənmiş

09/07/20
Smartfonlar üçün dinamik tezlikli ekranların kütləvi istehsalına başlanılıb

“TCL” şirkətinin “CSOT” (China Star Optoelectronics Technology və ya Huaxing Optoelectronics) bölməsi sma

09/07/20
“Apple” qurğuları Kanada və Avropada təmir ediləcək

“Apple” korporasiyası rəqəmli texnikanın təmiri ilə məşğul olan 140-dan çox kənar şirkətin hazırda onun i

09/07/20
“Uber” Londonda çay daşımaları ilə məşğul olacaq

“Uber” taksi sifarişi şirkəti “Thames Clippers” çay operatoru ilə əməkdaşlıq haqqında saziş imzalayıb. Sa