“Honor V6” planşeti “Wi-Fi 6” standartını dəstəkləyəcək
“Honor” brendi “Smart Life” konfransında beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən “Honor V6” adlı planşet nümayiş etdirib.
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, inteqrasiya edilmiş “5G” modemli “Kirin 985” prosessoru üzərində qurulan planşet ön panelin 84 faizini əhatə edən “2K” təsvir ölçülü 10,4 düym diaqonallı ekranla təchiz olunub. Yeni qurğu “Magic Pencil” elektron qələmi, mexaniki “Bluetooth” klaviatura ilə tədarük edilir və “Histen 6.1 3D” həcmli səsləndirmə texnologiyasını dəstəkləyən dörd dinamikə malikdir. Planşetdə fotoçəkilişi 13 meqapikselli əsas kamera və 8 meqapikselli ön kamera həyata keçirir.
“Honor V6” 160 MHs buraxılış qabiliyyətli və kanalların dinamik dəyişdirilməsi imkanlı “Wi-Fi 6 ” standartı dəstəyi ilə təchiz edilib ki, bu da çıxış nöqtəsi ilə stabil rabitəni təmin edir. Qurğunun akkumulyator tutumu 7250 milliamper/saat təşkil edir. Həmçinin 22,5 vatt gücündə sürətli enerjidoldurma dəstəklənir.
Planşet üç – yaşıl, gümüşü və qara rəng variantında satışa çıxarılacaq.
“Honor V6” planşetinin qiyməti və texniki xüsusiyyətləri barədə ətraflı məlumatın iyunun 13-nə planlaşdırılan təqdimatda açıqlanması nəzərdə tutulur.
Nizam Nuriyev
Baxış sayı: 500
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet