“Samsung” sürətli fokusa malik mobil kameralar üçün 50 meqapiksellik sensor təqdim edib
“Samsung” şirkəti mobil qurğuların kameraları üçün nəzərdə tutulmuş 50 meqapiksellik təsvir ölçüsünə malik “ISOCELL GN1” sensorunu təqdim edib. Yeni sensorun özəlliyi maksimal sürətli fokuslama üçün “Dual Pixel” və zəif işıqlanma zamanı sensora keyfiyyətli şəkillər çəkməyə imkan verən “Tetracell” texnologiyalarından istifadədir.
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “ISOCELL GN1” sensorunda pikselin ölçüsü 1,2 mikrometr təşkil edir. Bu halda Cənubi Koreyanın yeni sensorunda ilk dəfə olaraq eyni zamanda həm “Dual Pixel”, həm də “Tetracell” texnologiyaları reallaşdırılıb. Sensorun 50 milyon pikseli müxtəlif istiqamətlərdən işığı tutan iki fotodioddan ibarətdir. “Samsung” şirkətinin nümayəndəsi deyib ki, hərəkət edən obyektlərin çəkiliş imkanı mümkündür və bu halda şəkil bulanıq alınmır.
Şirkət, həmçinin proqram hissəsi üzərində də çalışıb, xüsusi alqoritmlər sayəsində təsvir ölçüsü 100 mp-dək olan şəkillər çəkmək mümkündür.
Emil Hüseynov
Baxış sayı: 662
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet