Sinqapurda tibbi maskaların satışı üzrə avtomatlar istifadəyə veriləcək
Sinqapurda koronavirus pandemiyası ilə əlaqədar ictimai yerlərdə tibbi maskalardan istifadə məcburidir. Apreldə Sinqapurun ilk növbədə oyun sinfinə məxsus fərdi kompüterlər üçün periferiya qurğularının istehsalı ilə tanınan “Razer” şirkəti öz fabrikində tibbi maskaların istehsalına başlayıb, tezliklə sözügedən şirkət “Sunningdale Tech” plastik məmulatlar istehsalçısı ilə birgə ayda 10 milyonadək tibbi maska istehsal etməyi planlaşdırır.
“ICTnews” Elektron Xəbər Xidməti “computerworld.ru” saytına istinadən yazır ki, “Razer” şirkəti, həmçinin Sinqapurda tibbi maskaların satışı üzrə avtomatlar şəbəkəsini istifadəyə vermək niyyətindədir. İlk 20 avtomat 1 iyundan etibarən “Frasers Property” ticarət mərkəzlərində əlçatan olacaq. Şirkət ilk 5 milyon tibbi maskanı pulsuz paylamağı planlaşdırır. Sinqapurda artıq tibbi maska ehtiyatı yaradılıb.
Emil Hüseynov
Baxış sayı: 633
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet