12px13px15px17px
Tarix:20/05/20

Bu il “IFA” sərgisi fərqli formatda keçiriləcək

Sentyabrın əvvəlində keçirilən illik “IFA” elektronika sərgisi bu il innovativ formatda keçiriləcək. Bu barədə apreldə məlumat verən sərginin təşkilat komitəsi bu günlərdə keçirilmiş onlayn konfrans zamanı format haqqında ətraflı məlumat təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, bu il sentyabrın 3-5-də keçiriləcək “IFA” sərgisi “COVİD-19” pandemiyası yayılmağa başladığı gündən texnoloji sahədə ilk ən böyük konfrans olacaq. Gözləntilərin əksinə olaraq sərgi qismən oflayn rejimdə keçiriləcək, iştirakçıların sayı məhdudlaşdırılacaq və onların hamısına şəxsi dəvətnamələr göndəriləcək.

 

Sərginin icraçı direktoru Yens Haytekerin sözlərinə görə, Berlində oktyabrın sonunadək beş mindən çox insanın iştirakı ilə kütləvi tədbirlərin keçirilməsinin qadağan edilməsini nəzərdə tutan məhdudiyyətlər şəraitində sərgi dörd ayrı tədbirə bölünəcək və onların hər birində gündə mindən çox adama iştiraka icazə verilməyəcək. Sərginin bir sıra tədbirləri isə onlayn rejimdə keçiriləcək.

 

İcraçı direktor əlavə edib ki, təşkilatçılar iştirakçılar arasında sosial məsafəyə əməl etmək və koronavirusun yayılmasının qarşısının alınması ilə bağlı digər tövsiyələri yerinə yetirmək üçün hakimiyyətlə sıx əməkdaşlıq edir.

 

Bundan əvvəl koronavirus epidemiyası bir sıra böyük tədbirlərin, o cümlədən Barselonada “MWC” mobil sənaye sərgisi, bir neçə avtomobil salonları və böyük texnoloji şirkətlərin konfranslarının ləğv edilməsi və ya onlayn rejimə keçirilməsinə səbəb olub.

 

Nizam Nuriyev





Baxış sayı: 966

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024